Gundelik.az Dünya Türkiyədə fabrikdə partlayış: ölən və yaralananlar var
Dünya Xəbərlər

Türkiyədə fabrikdə partlayış: ölən və yaralananlar var

Türkiyənin Aksaray Mütəşəkkil Sənaye Bölgəsində sənaye istilik sistemləri və təzyiqli qazanlar istehsal edən fabrikdə partlayış baş verib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məpumata görə, yaxınlıqdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə çoxlu sayda xilasetmə, sağlamlıq və jandarma qrupları sövq edilib.

Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər isə xəsarət alıb.

Aksaray Qubernatorluğu X hesabından edilən şərhdə bunlar qeyd edilib:

“Aksaray Mütəşəkkil Sənaye Bölgəsində qazan və elektrik su qızdırıcıları istehsal edən fabrikdə partlayış baş verib. Qəzada fabrik işçisi Yakup Gül həyatını itirib, 3 işçi isə yüngül xəsarət alıb. Yaralıların səhhəti yaxşıdır və müalicələri davam etdirilir. Hadisə ilə bağlı lazımi məhkəmə və inzibati proseslər başlanılıb, məsələ hər tərəfdən araşdırılır”, – deyə məlumatda bildirilib.

Gundelik.az 

Exit mobile version