Türkiyənin “Roketsan” şirkəti İstanbulda keçirilən “IDEF 2025” beynəlxalq silah sərgisində yeni “Şimşək-2” daşıyıcı raketini təqdim edib.
Bu barədə Gundelik.az Anadolu agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, raket 1500 kiloqrama qədər yükü 700 kilometrdən çox hündürlükdə günəşlə sinxron orbitə çıxarmağa qadirdir. İkipilləli maye raketin hündürlüyü 40 metrdir.
Şirkət “Şimşək-1” peyki ilə raketin ilk sınaq buraxılışının 2027-ci ilə planlaşdırıldığını bildirib. Roketsan CEO-su Murat İkinci bu platformanın Türkiyənin kosmosa müstəqil çıxış əldə etməsinə imkan verəcəyini vurğulayıb.
2024-cü ilin yanvarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin öz kosmik proqramı olduğunu açıqlayıb. Onun sözlərinə görə, yaxın illərdə təlim keçmiş astronavtlarla birlikdə raket buraxmağı planlaşdırırlar.
Gundelik.az

