NATO artıq öz missiyasını başa vurub və Türkiyənin təşkilatdan çıxması alyansın dağılmasını qaçılmaz edəcək.
Gundelik.az xəbər verir ki, bu fikri Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki İhsan Sefa “RİA Novosti”yə açıqlamasında bildirib.
Sefanın sözlərinə görə, NATO müdafiə paktı kimi əsas funksiyasını yerinə yetirib. Lakin alyansın ABŞ-ın “birqütblü dünya nizamını təmin etmək üçün beynəlxalq qüvvə” missiyası hələ tam başa çatmayıb. O, ABŞ ordusunun istefada olan polkovniki və Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqorun “Rusiya heç kəsi təhdid etmir və buna görə də NATO-ya ehtiyac yoxdur” fikri ilə qismən razılaşdığını qeyd edib.
“Əgər Ankara alyansı tərk edərsə, bu ‘şər təşkilat’ dağılacaq”, – deyə Sefa bildirib.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin Suriya və Dağlıq Qarabağdakı sülhməramlı missiyalara bənzər şəkildə, NATO çərçivəsindən kənarda Ukraynaya qoşun yerləşdirə biləcəyi barədə məlumat yayılmışdı. Qeyd olunub ki, Ankara 2025-ci ilin əvvəlində Moskvanın NATO qüvvələrinin mövcudluğunu yolverilməz sayan bəyanatlarından sonra mövqeyini dəyişib.
Gundelik.az

