Gundelik.az Xəbərlər İqtisadiyyat Türkiyə iqtisadiyyatı ilin ikinci rübündə 4,8% böyüyüb
Dünya İqtisadiyyat Xəbərlər

Türkiyə iqtisadiyyatı ilin ikinci rübündə 4,8% böyüyüb

Türkiyə Statistika Qurumu (TÜİK) 2025-ci ilin ikinci rübünə dair iqtisadi artım göstəricilərini açıqlayıb.

Gundelik.az xəbər verir ki, rəsmi məlumata görə, Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8% artaraq, ölkənin fasiləsiz böyümə seriyasını 20 rübə çatdırıb.

Hesabat dövründə ÜDM cari qiymətlərlə 14 trilyon 578 milyard 556 milyon lirə təşkil edib. Mövsümi və təqvim təsirlərindən təmizlənmiş ÜDM əvvəlki rüblə müqayisədə 1,6%, təqvimə uyğunlaşdırılmış ÜDM isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb.

Sektorlar üzrə artım

  • Tikinti sektoru – 10,9%

  • İnformasiya və rabitə – 7,1%

  • Sənaye – 6,1%

  • Ticarət, nəqliyyat, yerləşdirmə və qida xidmətləri – 5,6%

  • Peşə və inzibati xidmətlər – 4,0%

  • Maliyyə və sığorta fəaliyyəti – 2,6%

  • Daşınmaz əmlak – 2,6%

  • Digər xidmət sahələri – 2,1%

Kənd təsərrüfatında isə 3,5%, dövlət idarəçiliyi, təhsil, səhiyyə və sosial xidmətlər sahəsində isə 1,2% azalma qeydə alınıb.

İstehlak və xarici ticarət
Ev təsərrüfatlarının son istehlak xərcləri 5,1% artıb, dövlətin istehlak xərcləri isə 5,2% azalıb. Ümumi əsas kapital qoyuluşu 8,8% yüksəlib. Mal və xidmət ixracı 1,7%, idxal isə 8,8% artış göstərib.

Əməkhaqqı və gəlir bölgüsü
2025-ci ilin ikinci rübündə əməkhaqqı ödənişləri ötən ilin eyni dövrünə nisbətən 42% artıb. Xalis əməliyyat profisiti və qarışıq gəlir isə 46,3% yüksəlib. Əməyin Ümumi Əlavə Dəyərdə payı 38,4%, xalis əməliyyat profisiti və qarışıq gəlirin payı isə 40,2% olub.

Gundelik.az 

Exit mobile version