Gundelik.az Xəbərlər İqtisadiyyat Transxəzər addım-addım reallığa çevrilir – RƏY
İqtisadiyyat Xəbərlər

Transxəzər addım-addım reallığa çevrilir – RƏY

Avropa ilə Asiyanı birləşdirəcək, Xəzərin dibi ilə çəkiləcək Fiber-Optik Kabel Xətti üzrə 380 km-lik marşrutun keçəcəyi ərazinin araşdırılmasına başlanılıb.

Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz fikirlərini bölüşüb.

O bildirib ki, bu işi həyata keçirən “Türkan” gəmisi dənizdə rəqəmsal kabel xəttinin çəkiləcəyi sahədə sualtı relyefin, torpaq quruluşunun və texniki şəraitin öyrənilməsini reallaşdıracaq: “Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Tədqiqat ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Gəmi müasir cihazlarla təchiz olunmuş xüsusi tədqiqat və texniki mühəndislik gəmisidir və araşdırmalar 4 həftəyə qədər davam edəcək”.

O. Gündüzün sözlərinə görə, Transxəzər-ə texniki nəzarət və məsləhətçi funksiyasını ABŞ-ın “Pioneer Consulting” şirkəti icra edir: “Bütün bunlardan sonra isə yalnız bir əsas iş qalır: kabelin dəniz dibi ilə çəkilişinə start veriləcək.

Xatırladıram ki, son 30 ildə Xəzərin dibi ilə bu tip layihələrin reallaşmasına müxtəlif ölkələr tərəfindən ciddi müqavimətlər olub”.

“Hazırda görünən odur ki, Azərbaycan və Qazaxıstan, Azertelecom və Kazakhtelecom bu nəhəng layihənin reallığa çevrilməsinə xeyli yaxınlaşıblar.

Layihə Azərbaycanın rəqəmsal tranzit ölkəyə, həmçinin regional data və texnoloji mərkəzə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır”, – deyə O. Gündüz qeyd edib.

Gundelik.az

Exit mobile version