Gundelik.az Dünya Trampın növbəti hədəfi bu ölkə oldu
Dünya Siyasət Xəbərlər

Trampın növbəti hədəfi bu ölkə oldu

BETHPAGE, NY - APRIL 06: U.S. Republican presidential candidate Donald Trump says "you are fired" as he speaks to supporters during a rally on April 6, 2016 in Bethpage, New York. Front-running Republican candidate Trump will address supporters on the heels of a potentially damaging loss in the Wisconsin primary. (Photo by VIEWpress/Corbis via Getty Images)

ABŞ Prezidenti Donald Trampın Latın Amerikası ölkələrinə qarşı sərt ritorikası çərçivəsində budəfəki hədəfi Kuba olub.

Gundelik.az-ın xəbərinə görə, “The Hugh Hewitt Show” proqramına qatılan Donald Tramp Kubadakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.

ABŞ Prezidenti Kubanın Venesueladan asılı vəziyyətdə olduğunu bildirib:

“Onların bütün can damarı Venesuela idi. Nefti də, pulu da Venesueladan alırdılar. İndi isə ipdən asılıdırlar”.

Tramp Kubaya təzyiq göstərmək üçün seçimlərin məhdud olduğunu vurğulayıb:

“Məncə, ora girib hər şeyi alt-üst etməkdən başqa, bundan daha artıq təzyiq tətbiq etmək çətindir”.

ABŞ lideri Kubanın çox ciddi böhran içində olduğunu dilə gətirib:

“Hələ tam çöküblər demək olmaz, amma öz daxili dinamikaları ilə bu nöqtəyə xeyli yaxınlaşdıqlarını düşünürəm”.

Exit mobile version