Gundelik.az Xəbərlər Tramp Venesuela neft tankerlərinə blokada əmr edib
Xəbərlər

Tramp Venesuela neft tankerlərinə blokada əmr edib

ABŞ Prezidenti Donald Tramp Venesuelaya gedən və ölkədən çıxan bütün sanksiya altındakı neft tankerlərinə qarşı tam və qəti blokada tətbiq olunmasını əmr etdiyini açıqlayıb.
Tramp “Truth Social” adlı sosial şəbəkədə paylaşımında Venesuela lideri Nikolas Maduronun hökumətinin xarici terror təşkilatı kimi tanındığını bildirib. O, hökuməti ABŞ-ə aid pulları və əmlakı qanunsuz ələ keçirməkdə, həmçinin terrorçuluq, narkotik qaçaqmalçılığı və insan alveri ilə məşğul olmaqda ittiham edib.
“Bu səbəbdən bu gün Venesuelaya daxil olan və oradan çıxan bütün sanksiyalı neft tankerlərinə qarşı tam və qəti blokada tətbiq olunmasını əmr edirəm”,– deyə Tramp qeyd edib.
Bu açıqlama ABŞ-nin bir həftə əvvəl Venesuela sahilləri yaxınlığında bir neft tankerini ələ keçirməsindən sonra verilib. Venesuela hökuməti isə yaydığı bəyanatda Trampın “qəbuledilməz təhdidini” rədd etdiyini bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gudelik.az
Exit mobile version