Gundelik.az Dünya Tramp: İran demək olar ki, bütün tələblərimizi qəbul edib
Dünya Siyasət Xəbərlər

Tramp: İran demək olar ki, bütün tələblərimizi qəbul edib

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı bildirib ki, tərəflər irəliləyiş əldə ediblər və Tehran Vaşinqtonun irəli sürdüyü tələblərin demək olar ki, hamısını qəbul edib.

Tramp qeyd edib ki, danışıqlar davam edir və əsas məqsədlərinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. O, ABŞ-ın İranda rejim dəyişikliyi hədəfləmədiyini bir daha vurğulayıb.

ABŞ prezidenti həmçinin iddia edib ki, İranın hələ də bəzi raketləri qalıb, lakin onların da məhv edilə biləcəyini bildirib. Tramp əlavə edib ki, ötən həftə İranın bir gəmiyə pilotsuz uçuş aparatı göndərməsinə cavab olaraq ABŞ üç dəfə sərt zərbə endirib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version