Gundelik.az xəbər verir ki, Tramp administrasiyası, Bayden hökumətinin müəyyən müvəqqəti yaşayış icazəsi proqramları çərçivəsində ABŞ-da yaşayan 500 mindən çox Venesuela, Kuba, Haiti və Nikaraqua vətəndaşının hüquqi statusunu ləğv edəcək. Bu barədə ABŞ hökuməti tərəfindən yayımlanan rəsmi bildirişdə qeyd olunub. Bu proqramlara daxil olan miqrantlara ölkəni 24 aprelədək, bildirişin Federal Qeydiyyatda dərc edilməsindən 30 gün sonra tərk etmələri tapşırılıb. Yanvar ayında ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) bəzi miqrantların ölkədə müvəqqəti yaşamasına və işləməsinə imkan verən müvəqqəti yaşayış icazəsi proqramlarının mərhələli şəkildə ləğv ediləcəyini elan etmişdi.
Gundelik.az

