ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında 3 avqustda danışıqlar aparılacağını açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə Amerika lideri avqustun 2-də təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz onlarla dialoqa girəcəyik və bu, danışıqlar yolu ilə olacaq. Danışıqlar 3 avqust günortadan sonra başlayacaq. Mən də belə olmasını istərdim. Bu, çoxlu insanın həyatını və çoxlu səyi xilas edər”, – deyə o qeyd edib.

