Suriya Müdafiə Nazirliyi bazar günü açıqlayıb ki, tanklar və zirehli maşınlarla birlikdə ordu şəhərlərin mərkəzinə daxil olub. Nazirlik bunu “qanunsuz qrupların” dinc sakinlərə və təhlükəsizlik qüvvələrinə hücumuna cavab olaraq və şəhərlərdə sabitliyi bərpa etmək üçün etdiklərini bildirib.
Suriya dövlət xəbər agentliyi SANA, rəsmilərə istinadla xəbər verir ki, Latakiyada etirazlar zamanı hücumlar keçmiş prezident Bəşər Əsədin “keçmiş rejimin qalıqları” tərəfindən həyata keçirilib.
SANA bildirir ki, “bıçaqlama, daş atma, həm təhlükəsizlik qüvvələrinə, həm də dinc sakinlərə atəş açılması” nəticəsində onlarla insan yaralanıb.
Qarşıdurmalar etirazçılar hökumət tərəfdarı nümayişçilərlə üzləşərkən başlayıb, maskalı silahlılar isə təhlükəsizlik qüvvələrinə atəş açıb.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az

