Gundelik.az Ölkə Sumqayıtda fəhlə dağıntılar altında qaldı
Ölkə Xəbərlər

Sumqayıtda fəhlə dağıntılar altında qaldı

Sumqayıt şəhərində yeni tikilən binalardan birində bədbəxt hadisə baş verib.

Gundelik.az Report-a istinadla xəbər verir ki, şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə dağıntılar altında qalıb.

Hadisə zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun dağıntılar altında qaldığı bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gundelik.az

Exit mobile version