Gundelik.az Dünya Maraqlı Stallone qızının toy xərclərinə görə işləməyə davam edir: “Təqaüdə çıxa bilmirəm”
Maraqlı Xəbərlər

Stallone qızının toy xərclərinə görə işləməyə davam edir: “Təqaüdə çıxa bilmirəm”

“Rokki” və “Rembo” filmləri ilə tanınan məşhur aktyor Silvestr Stallone qızı Sofiyanın yaxınlaşan toyunun xərclərini qarşılamaq üçün işləməyə davam etdiyini bildirib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, 80 yaşlı aktyor qatıldığı televiziya proqramında toy xərcləri ilə bağlı suala verdiyi cavabla studiyadakıları güldürüb.

“Ciddi deyirəm, təqaüdə çıxa bilmirəm”

Toy üçün nə qədər pul xərcləyəcəyi soruşulan Stallone belə cavab verib: “Bunu demək, demək olar ki, utandırıcıdır, amma təqaüdə çıxa bilmirəm”.

Tamaşaçıların gülüşü qarşısında aktyor sözlərinin zarafat olmadığını vurğulayıb: “Ciddi deyirəm”.

Qeyd edək ki, Sofiya Stallone avqust ayında Maykl Şihanla nişanlandığını açıqlayıb. Gələcək kürəkənindən razılıqla danışan məşhur aktyor, Şihanın evlilik təklifi etməzdən əvvəl ondan xeyir-dua aldığını da bildirib.

Nuri
Gundelik.az

Exit mobile version