ABŞ-də aparılan bir sorğuya görə, iştirakçıların 62%-i Prezident Donald Trampın fəaliyyətindən narazı olduğunu bildirib.
University of Massachusetts Amherst tərəfindən keçirilən sorğu çərçivəsində 20–25 mart tarixlərində 1000 yetkin şəxsə Trampın fəaliyyəti və İran siyasəti ilə bağlı suallar verilib.
Sorğunun nəticələrinə görə:
Amerikalıların 33%-i Trampın prezidentlik fəaliyyətini bəyəndiyini,
62%-i isə narazı olduğunu bildirib.
İştirakçıların yalnız 29%-i Trampın İrana qarşı hücumlarını dəstəklədiyini,
63%-i isə onun İranla bağlı siyasətini bəyənmədiyini qeyd edib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

