Gundelik.az Xəbərlər İqtisadiyyat Şahbaz Şərif İƏT çərçivəsində aşağı karbonlu dəhlizlərin yaradılmasını təklif edib
İqtisadiyyat Xəbərlər

Şahbaz Şərif İƏT çərçivəsində aşağı karbonlu dəhlizlərin yaradılmasını təklif edib

Pakistanın Baş-naziri Şahbaz Şərif İƏT çərçivəsində aşağı karbonlu dəhlizlərin yaradılmasını təklif edib.

Gundelik.az xəbər verir ki, bunu Şahbaz Şərif İƏT 17-ci zirvə-görüşündə çıxışında deyib.

“Pakistan aşağıkarbonlu dəhlizlərin, ümumtəşkilati karbon bazarı platformasının və təbii fəlakətlərə qarşı regional dayanıqlılıq sistemlərinin hazırlanmasını təklif edir.

İqlim maliyyələşməsinin səfərbər olunması üçün xüsusi strukturun yaradılması, regional təmiz enerji dəhlizləri və ekoturizm sahəsində təşəbbüslərlə yanaşı, inklüziv və dayanıqlı artımı təşviq edə bilər. Bu, xüsusilə gənclər və qadınlar üçün “yaşıl iş” yerlərinin yaradılmasına və həssas regionlarda dolanışıq vasitələrinin dəstəklənməsinə xidmət edəcək”, – deyə o bildirib.

Gundelik.az 

Exit mobile version