Gundelik.az Xəbərlər Sadiq Qurbanov: “Milli Qurtuluş günü xalqın Heydər Əliyevə sevgisinin təzahürüdür!”
Xəbərlər

Sadiq Qurbanov: “Milli Qurtuluş günü xalqın Heydər Əliyevə sevgisinin təzahürüdür!”

15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov saytımıza açıqlamasında qeyd edib ki, “Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində həlledici əhəmiyyətə malikdir.

Milli Qurtuluş günü həm də Xalqın Heydər Əliyevə sevgisinin təzahürüdür! Xalqın tələbi ilə o yenidən hakimiyyətə gəldi. Ö zxilaskarlıq missiaysını həyata keçirdi.

Milli Qurtuluşumuzun memarı Ulu Öndər Heydər Əliyev böyük coşqu ilə söylədiyi “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, Azərbaycan xalqına xidmətə həsr olunmuşdur” fikirləri həyatda öz təsdiqini tapdı.”

Gundelik.az

Exit mobile version