Gundelik.az Dünya Rusiya: Ukrayna Putinin iqamətgahına PUA hücumu edib
Dünya Xəbərlər

Rusiya: Ukrayna Putinin iqamətgahına PUA hücumu edib

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki rəsmi iqamətgahına pilotsuz uçuş aparatları (PUA/İHA) ilə hücum etməyə cəhd göstərib. Lavrov əlavə edib ki, bu hadisədən sonra Rusiya danışıqlardakı mövqeyini yenidən gözdən keçirəcək.
Rusiya xəbər agentliyi TASS Lavrovun açıqlamalarına istinadla məlumat yayıb.
Lavrov Ukraynanın “dövlət terroru” siyasətinə əl atdığını vurğulayaraq deyib:
“Kiyev rejimi 28-dən 29-a keçən gecə 91 PUA ilə Rusiya dövlət başçısının Novqorod vilayətindəki rəsmi iqamətgahına hücum etməyə cəhd edib. Hücum nəticəsində ölən və yaralanan olmayıb, hər hansı maddi ziyan qeydə alınmayıb”. O bildirib ki, bütün İHA-lar məhv edilib.
Lavrov həmçinin qeyd edib ki, bu hücum Rusiya ilə Ukrayna arasındakı danışıqlardan çəkilməyə səbəb olmayacaq. Lakin o əlavə edib: “Rusiyanın danışıqlara yanaşması Kiyev rejiminin dövlət terrorizmi siyasətinə keçməsi nəzərə alınaraq yenidən qiymətləndiriləcək”.
Sergey Lavrov Rusiyanın bu hücuma cavab verəcəyini də açıqlayıb: “Putinin dövlət iqamətgahına hücum cəhdindən sonra Rusiyanın cavab hədəfləri və vaxtı müəyyən edilib”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version