Gundelik.az xəbər verir ki, Ramazan orucu İslamın beş vacib şərtindən biri olub, hər bir yetkin, sağlam və ağlı başında olan müsəlmana vacibdir. İslamda olduğu kimi, bəzi digər dinlərin, o cümlədən xristianlığın da oruc ənənəsi mövcuddur. Lakin İslam və xristian orucu arasında müəyyən fərqlər var. Hər iki dinin ardıcılları orucu Allah-Təalaya yaxınlaşmaq üçün tuturlar, lakin qaydalar və müddət fərqlidir. Müsəlmanlar Ramazan ayını 29 və ya 30 gün olmaqla oruc tutur. Bu, Həzrət Məhəmmədin (s.ə.s) hədisində təsdiqlənmişdir: “Ay 30 və ya 29 gündür.” Ona görə də Ramazan orucu bu müddət ərzində davam edir.Xristianlıqda isə oruc müxtəlif cəmiyyətlərdə fərqli şəkildə yerinə yetirilir və bu müddət dəyişkən ola bilər.
Gundelik.az

