“Rabitəbank” ASC-nin kiçik səhmdarlarından biri bankı tərk edib.
Gundelik.az xəbər verir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, “Bakı Telefon Rabitəsi” MMC bankın səhmdarları sırasından çıxıb.
Şirkət “Rabitəbank”da 2 305 səhmə və ya 0,0462% paya sahib olub.
Dəyişiklikdən sonra bankda hüquqi şəxs olan səhmdarların sayı 7-dən 6-ya, bankın səhmdarlarının ümumi sayı isə 12-dən 11-ə düşüb.
Bununla belə, bankın digər səhmdarlarının sahib olduğu səhmlərin sayında dəyişiklik olmayıb.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin əsas hissəsi, yəni 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 11,48 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya və 6,03 %-i Aslan Xasiyevə aiddir. Digər kiçik səhmdar sırasında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “AzInTelecom” MMC-lər, Dövlət Radiotezliklər İdarəsi və “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi, “Bakı Teleqrafı” ASC və “Bakcell” MMC də yer alıb.

