Gundelik.az Siyasət Rəsmi Bakıdan Yekaterinburqda azərbaycanlılara qarşı hücumlara REAKSİYA
Siyasət Xəbərlər

Rəsmi Bakıdan Yekaterinburqda azərbaycanlılara qarşı hücumlara REAKSİYA

Azərbaycan Xarici İşlər Nzirliyi Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.

Gundelik.az xəbər verir ki, XİN-in bəyanatında bildirilib:

“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.

Gundelik.az

Exit mobile version