Azərbaycan Silahlı Qüvvələrinin artan tələbatını qarşılamaq məqsədilə ölkədə müdafiə sənayesinin genişmiqyaslı modernləşdirilməsi həyata keçirilir. Bunu müdafiə sənayesi naziri Vüqar Mustafayev nazirliyin əməkdaşlarının peşə bayramı və qurumun yaradılmasının 20 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.
Nazir qeyd edib ki, müdafiə sənayesi müəssisələrində istehsal sahələri yenilənir, rəqəmsallaşma və avtomatlaşdırma səviyyəsi ardıcıl şəkildə artırılır. Onun sözlərinə görə, bu istiqamətdə görülən işlər istehsal proseslərinin səmərəliliyini yüksəltməyə xidmət edir.
Vüqar Mustafayev vurğulayıb ki, istehsal imkanlarının genişləndirilməsi hərbi təyinatlı məhsulların vaxtında tədarükünü təmin etməklə yanaşı, Azərbaycanın müdafiə sənayesi məhsullarının ixrac potensialının gücləndirilməsinə də şərait yaradır.
Hazırladı: Fəridə Sadıqzadə
Mənbə: Caliber.az
Gundelik.az

