Gundelik.az Dünya Rəcəb Tayyib Ərdoğandan vacib açıqlamalar
Dünya Xəbərlər

Rəcəb Tayyib Ərdoğandan vacib açıqlamalar

“Kosovanı məğlub edərək Dünya Kubokuna qatılan ‘Bizim Uşaqlar’ı ürəkdən təbrik edirəm. Komandamıza qarşılaşacaqları oyunlarda uğurlar arzulayıram. ‘Bizim Uşaqlar’ın həmişə olduğu kimi formanı qələbədən qələbəyə daşıyacağına, xalqımızın sinini fəxr hissi ilə dolduracağına ürəkdən inanıram.”

“Əsas müxalifətin şəxsimizi və partiyamızı hədəf alan, çox zaman siyasi ədəbi sərhədləri aşan hücumlarına qarşı özümüzü qoruduq. Bəzən bunları başqanlarının təcrübəsizliyinə verdik. Bəzən isə düzgün yolu tapacaqlar ümidilə hərəkət etdik. Onların sataşmalarına cavab vermədik. Ətrafımız atəş dairəsinə çevrilmişkən, sərhədlərimizdən kənarda raketlər uçarkən, bizi məşğul edəcək hər cür siyasi mübahisədən uzaq durduq.

Hər kəs bilsin ki, mövqeyimiz edilmiş ədəbsizlikləri səbirə çəkmək deyil, əksinə ədəbimizdən irəli gəlir. Biz 23 ildir olduğu kimi, daşa-daş qoymaq üçün çalışırıq. Biz Türkiyəni qlobal oyunçu səviyyəsinə çatdırmaq üçün mübarizə aparırıq. Biz axan qanı dayandırmaq, zülm görmüş və çətin günlərdə insanlara əl uzatmaq üçün çalışırıq.”

Mənbə: Haber Global

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version