Gundelik.az Xəbərlər Hüquq Rəcəb Nurəliyev: “Əhali arasında Aministiya ilə Əhvi qarışdıranların sayı daha çoxluq təşkil edir”
Hüquq Müsahibə

Rəcəb Nurəliyev: “Əhali arasında Aministiya ilə Əhvi qarışdıranların sayı daha çoxluq təşkil edir”

Azərbaycan Respublikasının gözəl misiyalarından biri də Aministiya və Əhvdir. Hər il onlarla insan bu  qərarı gözləyir və bu aktlar sayəsində  neçə-neçə evlərə sevinc bəxş edilir. Lakin nisbətən bir-birindən fərqlənən bu iki aktı qarışdıranlar da az deyil. Gundelik.az olaraq istədik ki, bu nüansa aydınlıq gətirək. Müsahibimiz “LEQAL SERVİS” Vəkil birosunun  vəkili Rəcəb Nurəliyevdir.

Müsahibəni təqdim edirik:

Rəcəb müəllim, yuxarıda qeyd etdiyimiz kimi,  bu fərqli nüansları bir-birindən ayıran məqamlar haqqında məlumat verə bilərsinizmi?  

 — Bəli, əhali arasında adətən Aministiya ilə  Əhvi qarışdıranların sayı daha çoxluq təşkil edir. Bu da başa düşüləndir, çünki həm amnistiya, həm də cəza almış şəxslərin çəkilməmiş cəzalarının azaldılması, bağışlanılması, ümumiyyətlə azdlıqdan məhrumetmə növündə cəza çəkmiş şəxslərin azadlığa buraxılmasına xidmət edir, yəni bu baxımdan insanlarda bəzən qarışdırma olur.  Amma bunların arasında fərqlər var, belə ki, hər şeydən əvvəl,  həmin hüquqi aktların verilmə mənbələri fərqlidir. Amnistiya qərarları Azərbaycan Respublikasının Milli Məclisə tərəfindən qəbul olunur və bu amnistiya aktlarına  düşən şəxslər üçün əvvəlcədən hər hansı bir bir dövlət qurumuna müraciət olunması lazım deyil. Administya aktlarında bir qayda olaraq müvafiq maddələr sadalanır. Cinayət məcəlləsinin müvafiq maddələri sadalanır. Həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin cəzaları dediyim kimi, ya azaldılır, ya ümumiyyətlə cəzanın çəkinməmiş hissəsindən azad olunur, yəni bu baxımdan aministiya aktları öz əhatə dairəsinə görə də, əhv aktlarından fərqlənir. Aministiya aktlarının  şamil edildiyi  şəxslərin sayı əhf məsələlərində olan şəxslərin sayından  dəfələrlə çox olur.  Qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  178-ci maddəsi – dələduzluq maddəsində onun müəyyən hissələrində  göstərilən cəza almış şəxslər həmin hissələr administiyaya  düşəndə həmin andaca  onlara da şamil olunur. Milli Məclisdə aministiya aktları səs çoxluğu ilə qəbul olunur, bu da mətbuatda dərc olunur.

Onu da qeyd edə bilərəm ki, baş vermiş,  yəni törədilmiş cinayətə görə  məhkəmə baxışında olan şəxslər barəsində əhv etmə aktı tətbiq olunmur, amma aministiya aktı  belə şəxslərə də şamda ola bilər.Bundan sonra aministiya aktında cəzanın müəyyən bir hissəsinin, müəyyən bir müddətinin çəkilməsi şərt kimi qoyulmur. Yəni Cinayət Məcəlləsinin müəyyən norması varsa, o normaya uyğun cəza almış çəxslərin hamısına şamil olunur. Əhv aktında isə ciddi şərtlər var ki, cəzanın müəyyən hissəsinin çəkildiyi təqdirdə şamil oluna bilər.

Fikrimi bu cümlələrlə yekunlaşdırmaq istəyirəm: Aministiya aktı qeyd etdiyimiz kimi, Milli Məclis tərəfindən qəbul olunan aktdı, əhv aktı isə  Prezidentin sərəncamı ilə, prezidentin müstəsna hüququ olan aktdır.  

 Rəcəb müəllim,  kimə və ya kimlərə aministiya  aktı tətbiq oluna bilməz?

—  Aministiya aktı məhdudlaşdırıla bilər, yəni barəsində tətbiqi yol verilməyən şəxslər müəyyən olunub, Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli  793 nömrəli qanunu var.  O qanunun adı “Aministiya Aktlarının  Tətbiqinin Qanunlaşdırılması” haqqındadır. Həmin qanuna görə 1990 1- cı il 19-20 yanvarında Sovet qoşunlarının Bakı şəhərinə qanunsuz  yeridilməsi

ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikasının erməni sillahlı qüvvələri tərəfindən işğal olunmasında təqsirləndirilən şəxslərdə aministiya aktının tətbiq olunması qadağandır.

Aministiya əsasən nə zaman verilir?

— Aministiya və əhv aktları Əlamətdar hadisələrə, Bayramlara, ildönümlərə və yaxud da Azərbaycan xalqı üçün əhəmiyyət  əhəmiyyət kəsb edən Novruz bayramı, yeni il kimi, Dövlət Müstəqilliyi Bərpası Günü və ya Respublika Günü  ilə bağlı əlamətdar gün və yubileylərə görə  verilir.

Azərbaycanda əhv məsələləri Azərbaycan Respublikasının prezidentin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı ilə təsdiq olunan əfv etmək haqqında əsasnamə tənzimlənir Əhv  etmə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə, eləcə də başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum  olunmuş, lakin cəzalarını Azərbaycan Respublikasında cəzasını çəkən yerli vətəndaşlara, əcnəbilərə və  azərbaycanlı şəxslərə tətbiq edilə bilər.

Əhv etmə sərəncamı ilə nələr mümkündür?

 — Birincisi məhkum cəzasının qalan hissəsini çəkmədən azad edilə bilər;

Məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər.

Məhkumun cəzanısının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilə bilər.

Maraqlı müsahibə üçün Rəcəb Nurəliyevə təşəkkür edirik.

Gundelik.az

Exit mobile version