Dünya Polad Birliyinin (Worldsteel) açıqladığı məlumata görə, 2025-ci ilin avqust ayında qlobal xam polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artaraq 145,3 milyon tona çatıb.
Bu barədə Gundelik.az quruma istinadən xəbər verir.
Hesabata əsasən, avqust ayında Çinin xam polad istehsalı 0,7 faiz azalaraq 77,4 milyon tona, Yaponiyanın istehsalı isə 3,4 faiz azalaraq 6,6 milyon tona düşüb. Almaniyanın hasilatı 10,5 faiz azalaraq 2,6 milyon tona enib. ABŞ-da isə istehsal 3,2 faiz artaraq 7,2 milyon tona yüksəlib.
Türkiyədə xam polad istehsalı sözügedən ayda 7,9 faiz artaraq 3,4 milyon tona çatıb. Braziliyada istehsal 4,6 faiz azalaraq 2,9 milyon tona, Rusiyada isə 4,6 faiz azalaraq 5,5 milyon tona enib.
Hindistanın istehsalı avqust ayında 13,2 faiz artaraq 14,1 milyon tona, İranın istehsalı isə 17,9 faiz artaraq 1,6 milyon tona yüksəlib.
Ümumilikdə, bu ilin yanvar-avqust aylarında qlobal xam polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalaraq 1,23 milyard tona düşüb.
Gundelik.az

