Qlobal bərpa olunan enerjinin quraşdırılmış gücü son 10 ildə 144 faiz artaraq 4,4 milyon meqavata çatıb.
Gundelik.az xəbər verir ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin(IRENA) hesabatına görə, 2015-ci ildə təxminən 1,8 milyon meqavat olan bərpa olunan enerji gücü 2024-cü ildə 4,4 milyon meqavattı ötüb.
Qeyd edilib ki, rekord investisiyalar və təmiz enerjiyə artan tələbat bu artımda mühüm rol oynayıb.
2015-2024-cü illər arasında Avropada bərpa olunan enerjinin gücü 464 014 meqavatdan 850 245 meqavata yüksəlib. Almaniya bərpa olunan enerji avadanlıqları quraşdırılmış gücünü 97 228 meqavatdan 178 655 meqavata çatdıraraq qitədə birinci yeri tutub. Bu dövrdə İspaniya, Fransa və İtaliya əhəmiyyətli artımla Almaniyanı izləyib.
Türkiyə 2015-ci ildə ümumi bərpa olunan enerji tutumunu 31 516 meqavatdan təqribən 69 000 meqavata çatdıraraq Avropada beşinci yeri tutub.
Hidroelektrik gücü artmaqda davam edir
Məlumata görə, su elektrik stansiyaları (HES) ən çox bərpa olunan enerji mənbəyi olma xüsusiyyətini qoruyub saxlayır.
Su elektrik stansiyalarının qlobal quraşdırılmış gücü 2015-ci ildə təqribən 1,2 milyon meqavat olduğu halda, 2024-cü ildə 16,6 faiz artaraq 1,4 milyon meqavatı ötüb.
Avropada su elektrik stansiyasının gücü 2015-ci ildəki 214 429 meqavatdan 2024-cü ildə 225 090 meqavata yüksəlib.
Norveç ötən il quraşdırılmış su elektrik stansiyasının gücünü 34 291 meqavata çatdıraraq Avropadakı liderliyini qoruyub. 2015-2024-cü illər arasında Türkiyə su elektrik stansiyasının gücünü 25,2 faiz artıraraq 32 386 meqavata çatdıraraq Avropada ikinci ən yüksək artım olub.
Eyni dövrdə bütün dünyada su elektrik stansiyalarından elektrik enerjisi istehsalı təxminən 13 faiz artaraq, təxminən 3,9 milyon giqavat-saatdan 4,4 milyon giqavat-saata çatıb.
Gundelik.az

