Gundelik.az Dünya Qəzzanın minalardan təmizlənməsi yarım milyarda başa gələcək
Dünya Xəbərlər

Qəzzanın minalardan təmizlənməsi yarım milyarda başa gələcək

Fələstinin Qəzza bölgəsinin yenidən qurulmasına mane olan partlamamış hərbi sursatlardan (PHS) təmizləmək 541 milyon dollara başa gələcək.

Gundelik.az xəbər verir ki, bu barədə BMT-nin mina təmizləmə proqramının rəhbəri Julius van der Valt Cenevrədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, partlamamış hərbi sursat anklav sakinlərinin həyatı üçün gündəlik təhlükə yaradır və onun yenidənqurma prosesinin başlanmasına mane olur.

“Təkcə Qəzzada partlamamış hərbi sursatların yaratdığı təhlükəni aradan qaldırmaq üçün təxminən 541 milyon dollara ehtiyacımız var”.

 BMT-nin hesablamalarına görə, anklavda hər 600 metrdən bir partlamamış hərbi sursat tapılır.

Exit mobile version