Gundelik.az Xəbərlər Hüquq Psixoloq yanına gedən şəxsin məxviliyi qorunmazsa…
Hüquq Müsahibə

Psixoloq yanına gedən şəxsin məxviliyi qorunmazsa…

Son zamanlar  bəzi psixoloqlar haqqında narazılıq və şikayətlər gündəmin önəmli məsələrindən birinə çevrilmişdir. Belə ki, ona  müracət  edənin məxviliyini qorumadan  haqqında bəzən şəxsiyyətini belə açıq şəkildə qeyd edərək məlumat verən psixoloqlar haqqında narazılıq yaranmışdır. Bəs bu halda şikayətçinin hüquqları nədir?

Hüquqi–Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov müzakirələrə səbəb olan mövzu barədə danışdı.

Psixoloqların bir hissəsi əhalinin xeyli hissəsinin savadsızlığından istifadə edərək, heç bir tibbi təhsilləri olmadan onların müalicəsi ilə məşğul olurlar.

          Özünü “Psixoloq” adlandırılan bəzi insanlar ,heç nədən çəkinməyərək özlərini insanlara “doktor”, “həkim” kimi təqdim edir, yalnız təbabətdə istifadə oluna biləcək “pasiyent, “terapiya, “müalicə, “xəstə” terminlərindən istifadə edir

Psixoloji yardım haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində deyilir ki,   Psixoloq – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxsdir.

Psixoloji yardım haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən -Psixoloji yardımın konfidensiallığı və anonimliyi —

–        Şəxsin psixoloji vəziyyəti, psixoloji yardım almaq üçün müraciəti, təyin olunmuş psixoloji testlərin nəticələri və ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial hesab edilir.

–        Psixoloji yardım  göstərən şəxslər konfidensial məlumatların yayılmasına görə qanunla nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Əgər psixoloq psixoloji xidmətdən istifadə edən vətəndaşın razılığı olmadan onun haqqında olan məlumatı yayarsa, psixoloq vətəndaşın şikayəti ilə məsuliyyətə cəlb oluna bilər”.

Psixoloji yardım haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində göstərilir ki,

Psixoloji yardım alan şəxslərin hüquqları və vəzifələri

 – Psixoloji yardım alan şəxslərin hüquqları aşağıdakılardır:

–  bu Qanuna və psixoloji yardım standartlarına uyğun olaraq peşəkar və ixtisaslı psixoloji yardım almaq;

–  qanuni maraqlarını, şərəf və ləyaqətini müdafiə etmək;

– hüquqları, psixoloji problemin xarakteri, tətbiq edilən psixoloji yardım metodları haqqında məlumat almaq;

–  psixoloji yardımın göstərilməsindən imtina etmək və ya onu dayandırmaq.

 Cəmiyyətdə  “Tibbi” və ya “Kliniki”sözü insanlarda  belə təsəvvür yaradır ki, həmin şəxslər  həkimdirlər,  Tibbi(Kliniki) psixoloq da həkim deyil, bu insanlar pedaqoji təhsilə malikdirlər.

Psixoloji yardım haqqında Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinə əsasən

 Tibb müəssisələrində psixoloji yardım göstərmək hüququ olan şəxslər.

 – Mülkiyyət növündən asılı olmayaraq tibb müəssisəsində psixoloji yardımın klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilir.

Klinik psixoloqların fəaliyyət dairəsinə psixopatologiya, inkişaf psixologiyası, neyropsixologiya, davranış psixologiyasının əsasları, sağlamlıq psixologiyası və psixoterapiya daxildir.

–        Klinik (tibbi) psixoloqlar tibb müəssisələrində psixoloji yardım göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar.

Gundelik.az

 

 

 

Exit mobile version