Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb. Liderlər Türkiyə ilə Rusya arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Zəng zamanı Prezident Ərdoğan Türkiyənin İrana qarşı hücumları təsdiqləmədiyini və İranın regional ölkələrə qarşı qisas tədbirlərini dəstəkləmədiyini bildirib. O, əlavə edib ki, Türkiyə müharibənin nəzarətdən çıxmasının qarşısını almaq üçün bütün tərəflərlə sülh və sabitliyə yönəlmiş təmaslarını davam etdirir.
Ərdoğan Netanyahu hökümətinin bölgədəki aqressiv siyasətinin dayandırılmalı olduğunu və İsrailin Qüdsün statusunu sarsıtmaq üçün atdığı addımların qəbul edilə bilməyəcəyini bildirdi. Həmkinin Suriyadaki son hadisələri yaxından izlədiyini, Suriyada sabitliyin gücləndirilməsi üçün atılan hər bir addımın Türkiyə və Rusiyanın ortaq maraqlarına uyğun olduğunu və orda əldə edilən naliyyətlərin təhlükəyə atmamağın vacibliyini bildirdi.
Prezident Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsini sülh yolu ilə başa çatdırmaq səylərinə mane olmamasının vacibliyini, Türkiyənin bütün tərəflərə gərginliyi artıracaq hərəkətlərdən çəkinməyi tövsiyyə etdiyini, Qara dənizdə mülki gəmilərə hücumların regionun sabitliyinə zərər verdiyini və İranla müharibənin Rusiya-Ukrayna böhranında yeni münaqişə sahələri yaratmamalı olduğunu bildirib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az

