Rio-de-Janeyroda keçirilən BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası)sammiti ABŞ Prezidenti Donald Trampı Braziliyadan gələn mallara gömrük rüsumları tətbiq etməyə vadar edib.
Gundelik.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.
Nəşrin mənbələrinə görə, Trampın Braziliya hakimiyyətinin keçmiş prezident Jair Bolsonaro ilə bağlı davranışından narazı olmasına baxmayaraq, məhz BRICS sammiti səbr fincanını doldurub.
Nəşr vurğulayır ki, Trampı ən böyük qıcıqlandıran BRİKS dövlətlərinin ticarəti de-dollarizasiya etmək istəyidir.
İyulun 8-də ABŞ prezidenti BRICS ölkələrindən idxala 10%-lik rüsumların tezliklə tətbiq olunacağını elan edərək, onları “dolları məhv etməyə” cəhddə ittiham edib.
İyulun 9-da Donald Tramp ticarət kəsiri ilə əlaqədar Braziliyadan gələn mallara 50%-lik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. Buna cavab olaraq Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, ölkə qarşılıqlı iqtisadi tədbirlər haqqında qanun əsasında cavab tədbirləri görəcək.
Gundelik.az

