Gundelik.az Xəbərlər İqtisadiyyat “Pinterest”in ikinci rüb mənfəəti dörd dəfə artdı
Dünya İqtisadiyyat Xəbərlər

“Pinterest”in ikinci rüb mənfəəti dörd dəfə artdı

Amerikanın məşhur onlayn vizual əlfəcin platforması “Pinterest Inc.” 2025-ci ilin ikinci rübündə xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfədən çox artırıb.

Gundelik.az şirkətin hesabatına istinadən xəbər verir ki, aylıq aktiv istifadəçilərin (MAU) sayı 11% artaraq 578 milyona çatıb və bu, bütün zamanların rekord göstəricisidir. Bir istifadəçidən əldə olunan orta gəlir isə 6% artaraq 1,74 ABŞ dolları olub.

Aprel–iyun aylarında Pinterest-in xalis mənfəəti ötən ilin eyni dövründəki 8,89 milyon dollardan 38,76 milyon dollara yüksəlib. Səhm üzrə mənfəət 0,01 dollardan 0,06 dollara, düzəliş edilmiş mənfəət isə 0,24 dollardan 0,33 dollara qalxıb. Lakin bu göstərici analitiklərin 0,35 dollar proqnozundan bir qədər aşağı olub.

Şirkətin rüblük gəliri 17% artaraq 998,2 milyon dollara çatıb. Bu rəqəm analitiklərin gözlədiyi 974,9 milyon dollardan yüksəkdir.

“Pinterest” üçüncü rübdə 1,033–1,053 milyard dollar aralığında gəlir proqnozlaşdırır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15–17% artım deməkdir.

Buna baxmayaraq, hesabatın açıqlanmasından sonra şirkətin səhmləri iş saatlarından sonrakı ticarətdə təxminən 11% ucuzlaşıb. Ümumilikdə isə Pinterest səhmləri bu il 35% bahalaşıb.

Gundelik.az 

Exit mobile version