Gundelik.az Dünya Paris məhkəməsi Fransa Brigitte Macron-a kibertəzyiq: 10 nəfər məhkum edilib
Dünya Xəbərlər

Paris məhkəməsi Fransa Brigitte Macron-a kibertəzyiq: 10 nəfər məhkum edilib

Prezidenti Emmanuel Macron-un həyat yoldaşı Brigitte Macron-a qarşı kibertəzyiqdə on nəfəri təqsirli bilib.
İttiham olunanlar onun cinsi kimliyi və cinsiyyəti haqqında yalan məlumatlar yaymaqda, həmçinin cütlüyün arasındakı 24 illik yaş fərqi ilə bağlı “zərərli fikirlər” bildirməkdə günahlandırıblar.
İttiham olunanların əksəriyyətinə 8 aya qədər şərti həbs cəzası verilib, lakin 1 nəfər məhkəməyə gəlmədiyi üçün dərhal həbs olunub. Tam hökm hələ yayımlanmayıb.
Brigitte Macron-un transgender (cinsini dəyişmiş) qadın olduğu ilə bağlı söz-söhbətlər onun həyat yoldaşı Emmanuel Macron-un 2017-ci ildə prezident seçilməsindən bəri dolaşır.
Bazar ertəsi Fransada çıxarılan hökm Macrons-un ABŞ-də sağçı influencer Candace Owens-ə qarşı qaldırdığı şərəf və ləyaqət məhkəməsi ilə eyni vaxta təsadüf edir. Owens də bir neçə dəfə birinci xanımın cinsi ilə bağlı söz-söhbətlər səsləndirib.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version