Bu ilin iyun ayının son həftəsindən etibarən Pakistanda davam edən musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 111 nəfərə çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Olunması Təşkilatı (NDMA) məlumat yaydığı yayıb.
Bildirilib ki, Hayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətləridə musson yağışlarının təsiri hələ də davam etməkdədir.
Açıqlamada son 48 saatda yağan yağışların səbəb olduğu daşqınlarda 7 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı, 26 iyun-14 iyul tarixləri arasında ölənlərin sayının 111, yaralıların sayının isə 212-yə çatdığı bildirilib.
Məlumatda yağışların intensivliyinin ölkə daxilində arta biləcəyinə diqqət çəkilərək, yerli hakimiyyət orqanları insanları diqqətli olmaları barədə xəbərdarlıq edib.
Pakistanın bir çox şəhərində hər il iyul-sentyabr ayları arasında musson yağışları ölkədə yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.
Gundelik.az

