Gundelik.az Ölkə Ötən il bələdiyyələrin gəliri 5,2 faiz artıb
Ölkə Xəbərlər

Ötən il bələdiyyələrin gəliri 5,2 faiz artıb

Azərbaycanda bələdiyyələrin büdcə gəlirləri 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 3.3 milyon manata (5.2%) yaxın artaraq 65.6 milyon manatı keçib.

Bu barədə Gundelik.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 7.2 milyon manat (26.5%) çox olub.

Ümumi yerli büdcə gəlirlərinin 35.3%-ni təşkil etmiş Bakı bələdiyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16.4% artaraq 23 milyon manatı ötüb.

Qeyd edək ki, yerli özünüidarəetmə institutuna dövlət qayğısının təzahürü olaraq ötən il bələdiyyələrə dövlət büdcəsindən 7.5 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.

Exit mobile version