“OPEC+” neft hasilatını 2035-ci ilə qədər sutkada 50 milyon bareldən 51 barelə, 2050-ci ilə qədər isə 63 milyon barelə çatdıracaq.
Gundelik.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) illik hesabatında deyilir.
Bu proqnoz “cari siyasət” ssenarisində təqdim olunur.
Bundan əlavə, IEA qeyd edir ki, “OPEC+”un hasilatı 2050-ci ildə neft bazarları tarixində heç vaxt olmadığı qədər (8 milyon barel/gün) yüksək olacaq.
IEA əlavə edib ki, “OPEC+” üzvlərinin neft hasilatından əldə etdiyi gəlirlər 2024-cü ildəki 1,4 trilyon dollardan 2035-ci ildə 1,7 trilyon dollara, 2050-ci ildə isə 2,5 trilyon dollara yüksələcək.
Gundelik.az

