Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklər, güc mərkəzinin yenidən formalaşması və geosiyasi reallıqların sürətlə dəyişməsi dünya düzənində yeni mərhələnin başlanğıcıni göstərir. Qlobal miqyasda baş verən bu proseslər, əlbəttə ki, region dövlətlərinin, o cümlədən Azərbaycanın da xarici siyasət kursuna və beynəlxalq mövqeyinə təsir göstərir. Müasir dövrdə enerji təhlükəsizliyi, nəqliyyat -logistika marşrutları, regional əməkdaşlıq formatları və diplomatik balans siyasəti Azərbaycanın artan geosiyasi əhəmiyyətini daha da ön plana çıxarır.
Bəs bu yeni dünya düzənində Azərbaycanın yeri və rolu necə formalaşır? Rəsmi Bakı hansı xarici siyasət prioritetlərinə üstünlük verir və qlobal güclər qarşısında balansı necə qoruyur?
Bu və digər suallara— AMEA Biofizika İnsitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, politoloq Oktay müəllim Qasımov ətraflı aydınlıq gətirdi. Müsahibəni təqdim edirik:
— Yeni dünya düzənində Azərbaycanın yeri və roluna gəldikdə Azərbaycan artıq 5 ildir ki, bu düzənə transformasiya olunmaqdadır. Belə ki, öz ərazi bütövlük və suverenliyini tam şəkildə bərpa eləyərək, regionda yenə reallıqlar yaradıb, Torpaqlar işğaldan azad olunub. Hal-hazırda sürətli bərpa quruculu işləri getməkdədir və Azərbaycanın regiondakı rolu ona xaricı ölkəyə çevirib və regiondakı bütün ciddi dəyişiklər Azərbaycanın razılığı ilə həyata keçməkdədir, yaxud təşəbbüsü ilə Azərbaycan yeni dövrdə də sülh təşəbbüslə çıxış eləyir. Azərbaycan özünün strateji covrafi mövqeyinə görə əhəmiyyətli bir ölkədir və yeni dünya düzəni həm də, nəqliyyat dəhlizləri üzərində nəzarət deməkdir. Məhz Şimal-Cənub nəqliyyat dəhlizi elə qarada Şərq-Qərb nəqliyyat dəhlizi, yəni orta dəhlizinin də əsas kompanenti məhz Azərbaycan ərazisinə keçməkdədir. Bu baxımdan Azərbaycanın son dövrlər rolu beynəlxalq sevda ciddi şəkildə artmaqdadır. Azərbaycanın nüfuzu yüksəlir, o cümlədən bir çox beynəlxalq təşkilatlarla əlaqələr genişlənir, Avropa ittifaqı ilə enerji tərəfdaşlıq haqqında strateji tərəf haqqında Memorandum imzalanıb və Azərbaycanın dünyanın aparıcı gücləri ilə münasibətləri balanslı şəkildə tənzimlənməkdədir ki, bu da Azərbaycanın yeni nizama uyğun olaraq ciddi addımlar atdığını göstərməkdədir.
Gundelik.az

