Gundelik.az Mədəniyyət və cəmiyyət Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub
Mədəniyyət və cəmiyyət Xəbərlər

Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub

Nizami Kino Mərkəzinin direktoru dəyişib.

Gundelik.az xəbər verir ki, Əli-səttar Quliyev müqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb.

Azərbaycan Respublikasının Kino Agentliyindən “Report”un sorğusuna cavab olaraq məlumat təsdiq olunub.

Qeyd olunub ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.

Məlumat üçün bildirək ki, Əli-səttar Quliyev 2024-cü ilin avqustunda bu vəzifəyə təyin olunmuşdu.//Report

Exit mobile version