Gundelik.az Xəbərlər Aktual “Niyə yorğunuq? Səbəb dəmir çatışmazlığıdır” — Mütəxəsis rəyi
Aktual Müsahibə

“Niyə yorğunuq? Səbəb dəmir çatışmazlığıdır” — Mütəxəsis rəyi

Son  illərin  aktual problərindən biri də XRONİKİ YORĞUNLUQDUR. İnsanların həyat keyfiyyətini aşağı salan, neqativ hisslər yaşadan bu nüansa Gundelik.az saytı olaraq aydınlıq gətirmək istədik. Müsahibimiz Daxili xəstəliklər uzamanı Əfsanə Bayramovadır.
Əfsanə xanım, böyük çoxluğun görünərdə heç bir xəstəlik daşımayan, lakin yorğun, ətalətdə olmaq səbəbi nədir? Nəyə görə özümüzü gümrah hiss etmirik?   
— Bəli. Cəmiyyətin aktual problemlərindən olan xroniki yorğunluq  haqqında danışmaq istəyirəm. Belə ki, gün içərisində ətrafımızda dostlarımız,  tanışlarımız belə bir ifadə istifadə edirlər ki, nə qədər yatıram yenə yorğunam.  Dincəlirəm, yenə yorğunam. Özümü çox halsız hiss edirəm. Səhər durub işə gəlməyə belə,  həvəsim olmur. Bu problemin altda  yatan birinci səbəblərdən və ən önəmli səbəblərdən biri dəmir çatışmazlığıdır. Dəmir orqanizm üçün çox önəmli bir elementdir. Bəzən pasient gəlir,  baxırıq ki, hemoqlabin   səviyyələri normalıdır, düşünürük ki, orqanizmdə yetərincə dəmir vardır, hemoqlobin sintezləməyə kifayət etmişdir, amma funksional tibbdə  dəmir depolarının  aşağı olması dəmir çatışmazlığı sayılır.Dəmir depolarının  adı ferritidir. Ferritin səviyyələri yetərincə  olmadığı müddətdə sadaladığım şikayətlər insanlarda xroniki yorğunluğa səbəb olur. Hemoqlobin sintezində dəmirin olması mütləqdir və önəmlidir. Amma hemoglobin təkcə qırmızı qan hüceyrələrində var. Dəmir isə orqanizmin bütün hüceyrələrində, bütün orqanlarında, bütün orqanlarında toxumaların fəaliyyətində iştirak edir. Odur ki, hemoglobin normal olsa belə, dəmir depolarına, yəni ferritin səviyyələrinə mütləq şəkildə baxılmalı və orqanizmə yetərincə dəmir dəstəyi olmalıdır.
Dəmir çatışmazlığı orqanizmdə hansı simptomlara səbəb ola bilir?
— Əsəbi gərginlik, yorğunluq, yuxusuzluq, iş qalibiyətinin azalması, ruh düşkünlüyü, depressiya, üzdə yorğun ifadə,  dəridə qocalma əlamətləri dəmir çatışmazlığı səbəbi ilə ola bilər. Xüsusilə də, menstrual tsikl dönəmində olan qadınlarda aylıq itkinin  çox olması nəticəsində  dəmir
Və müasir dünyamızda ofis həyatı, fastfood, qidalanma, meyvə -tərəvəz ağırlıqlı qidaların gün içində az olması zamanla orqanizmdə dəmir depolarının boşalmasına gətirib çıxardır. Bu səbəbdən də ferritin mütləq şəkildə baxılmalı və dəstək verilməlidir. Ferritin səviyyələrinin 20-nin altında olması,  həddindən artıq çox dəmir çatışmazlığı hesab olunur. Bu səviyyələrin qadınlarda 60-70- yaşadək, kişilərdə 90-a qədər yüksəldilməsi lazımdır. Bu dəstək dəmir preparatları ilə aparılır. Bəzi insanlara ağızdan alınan həblərlə, bəzi insanlara isə damardan verilən dəmir preparatları təyin olunur.  Hansı xəstədə hansı preparatın təyin olunması xəstənin vəziyyətinə və klinik hala görə dəyişə bilir.
Dəyərli məlumatlar üçün Əfsanə xanım  Bayramovaya təşəkkür edirik. 
Gundelik.az

Exit mobile version