Gundelik.az Xəbərlər İqtisadiyyat Nazir: İndiyədək 23 milyon manat sığorta ödənişi edilib
İqtisadiyyat Xəbərlər

Nazir: İndiyədək 23 milyon manat sığorta ödənişi edilib

“Hazırda dünyada müşahidə olunan iqlim dəyişiklikləri özünü bizim regionda, o cümlədən Azərbaycanda da büruzə verməkdədir. Qeyri-sabit hava şəraitinin artması, quraqlıq və daşqın hadisələrinin tez-tez baş verməsi buna əyani sübutdur. Dünya Bankının araşdırmalarına görə, son 30 ildə dünyada katastrofik hadisələrin sayı 3 dəfə artıb və bu rəqəmlər hər il artmağa davam edir”.

Gundelik.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“Şübhəsiz ki, iqlim dəyişikliklərinin ən çox təsir etdiyi sahə məhz kənd təsərrüfatıdır. Dünyada bu dəyişikliklərin aqrar sektora vurduğu zərər milyard dollarlarla ölçülür. Azərbaycanda bu riskləri sığortalamaq və kənd təsərrüfatını iqlim dəyişikliklərinin fəsadlarından qorumaq məqsədilə ölkə rəhbərliyinin tapşırığı ilə aqrar sığorta mexanizmi yaradılıb. Aqrar sığorta – dövlətin kənd təsərrüfatına dəstək məqsədilə yaratdığı yeni və çox mühüm bir mexanizmdir. Bu mexanizm təkcə fermerlərə dəyən zərərləri qarşılamır, həm də gəlirlərin sabitliyini təmin edir və sahədə əlverişli investisiya mühiti formalaşdırır”, – nazir əlavə edib.

M.Məmmədov vurğulayıb ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən minlərlə fermer və təsərrüfat sahibinə 23 milyon manat məbləğində sığorta ödənişi edilib və bu rəqəm hər il artmaqdadır.

Exit mobile version