Gundelik.az Ölkə Naxçıvana qar yağdı
Ölkə Xəbərlər

Naxçıvana qar yağdı

Aprelin 15-i saat 09:00-a olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikası (MR) ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb.

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Mərkəzindən Gundelik.az-a verilən məlumata əsasən, Şahbuz rayonunun Batabat ərazisinə 8 sm, Kükü, Biçənək kəndlərinə isə 2 sm qar yağıb.

Muxtar respublika ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin aprel ayının 17-dək davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı şimşək çaxacağı gözlənilir.

Yağıntıların ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir 20 m/san-dək güclənəcək. Temperatur gecə 1-6° isti, gündüz 11-16° isti olacaq.

Gundelik.az

Exit mobile version