Ankarada keçirilən NATO sammiti çərçivəsində keçirilən müdafiə sənayesi forumunda ən azı 50 milyard dollar dəyərində müqavilələr imzalanıb.
Bu barədə Gundelik.az “Türkiye” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, müqavilələr hava hücumundan müdafiə sistemlərinin, PUA-ların alınmasını və silah və hərbi texnika sahəsində birgə layihələrin həyata keçirilməsini əhatə edir.
Qeyd edək ki, Ankarada keçirilən iki günlük NATO sammitində Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olan 32 ölkənin lideri iştirak edir. Bu gün alyansın dövlət və hökumət başçılarının iştirakı ilə plenar iclası keçiriləcək.

