Gundelik.az Dünya Müdafiə Nazirliyi zərərsizləşdirilmiş balistik sursatlarla bağlı açıqlama yayıb
Dünya Xəbərlər

Müdafiə Nazirliyi zərərsizləşdirilmiş balistik sursatlarla bağlı açıqlama yayıb

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, “Xarici işlər naziri Hakan Fidan bu gün İrana xarici işlər naziri Abbas Arakçi ilə telefon danışığı aparıb. Nazir İrandan atıldıqdan sonra Türkiyə hava məkanına doğru irəllədiyi aşkarlanan və sonradan zərərsizləşdirilən ballistik raketlə bağlı reaksiyanı çatdırıb və münaqişələrin yayılmasına səbəb ola biləcək hər hansı bir addımdan çəkinməli olduğunu bildirib.”

İranın ərazidə ayrı-seçkilik etməyən hücumlarını davam etdirdiyi bir vaxtda NATO-nun Türkiyə daxil olmaqla bütün müttəfiqləri ilə möhkəm dayandığını vurğulayan Hart, “Hava və raketdən müdafiə də daxil olmaqla, bütün sahələrdə çəkindirmə və müdafiə mövqeyimiz güclüdür” fikrini bildirib. Bundan başqa əlavə edib ki, “İranın Türkiyəni hədəf almasını qınayırıq”.

Milli Müdafiə Nazirliyi əvvəllər İrandan atılan və Türkiyə hava məkanına doğru irəlilədiyi aşkarlanan balistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdır.

Kommunikasiya direktoru Duranın bəyanatı belədir:

“İrandan atılan, İraq və Suriya hava məkanından keçərək hatay bölgəsindən hava məkanına doğru gedən raket NATO hava müdafiə sisdemləri tərəfindən məhv edilib.Tutulan raketin bir parçası Hatayın Dördyol bölgəsində açıq əraziyə düşüb və heç bir itki və ya xəsarət alan olmayıb. Qurumlarımız prosesi real vaxt rejmində və tam koordinasiya ilə izləyib.”

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN Türk

Gundelik.az

Exit mobile version