Aktrisa Monika Belluççi və məşhur rejissor Tim Börton münasibətlərinə son qoyublar.
Gundelik.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA qəzeti məlumata yayıb.
Məlumatına görə, cütlük qərarlarını rəsmi şəkildə açıqlayaraq AFP xəbər agentliyinə bəyanat göndərib. Keçmiş sevgililər bəyanatlarında bildiriblər: “Biz böyük hörmət və qarşılıqlı sevgi ilə yollarımızı ayırmağa qərar verdik”.
Belluççi və Börton iki il birlikdə olublar. Onların münasibəti ilk dəfə 2023-cü ilin martında Fransanın “Paris Match” jurnalında dərc olunan fotolarla üzə çıxmışdı. Həmin ilin iyununda isə aaktrisa “Elle France” jurnalına verdiyi müsahibədə rejissorla sevgisini təsdiqləmişdi.
Belluççi bundan əvvəl iki dəfə ailə qurub: fotoqraf Klaudio Karlos Basso və aktyor Vinsent Kassel ilə. Kassellə nikahından aktrisanın iki övladı var – 21 yaşlı Deva və 15 yaşlı Leoni. Cütlük 14 illik evlilikdən sonra 2013-cü ildə sakit şəkildə boşanıb.
Tim Börton isə əvvəllər rəqqasə və model Lisa Mari ilə 13 illik münasibətdə olub, daha sonra isə aktrisa Helena Bonham Karter ilə eyni müddət ərzində birlikdə yaşayıb.
Qeyd edək ki, 60 yaşlı Monika Belluççi bir müddət əvvəl məşhur jurnalın üz qabığı üçün çimərlik geyimində verdiyi fotolarla da diqqət çəkmişdi.
Gundelik.az

