Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynanın Kiyev şəhərinə səfər edəcəklər.
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputatqrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında reallaşacaq səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
Gundelik.az

