Gundelik.az Dünya Microsoft 4800 iş yerini ixtisar edir: Yenidən strukturlaşma prosesi başlayıb
Dünya Xəbərlər

Microsoft 4800 iş yerini ixtisar edir: Yenidən strukturlaşma prosesi başlayıb

ABŞ-ın Microsoft şirkəti təşkilati strukturunu yenidən formalaşdırmaq çərçivəsində qlobal işçi qüvvəsinin təxminən 2,1 faizinə bərabər olan 4 800 vəzifənin ləğv ediləcəyini açıqlayıb.

Şirkət bildirib ki, məqsəd dəyişən texnologiya ekosisteminə və müştəri tələbatına uyğunlaşaraq resursları prioritet sahələrə yönəltməkdir.

İxtisarlar əsasən Microsoft-un kommersiya bölmələri və Xbox komandalarını əhatə edəcək. İnsan resursları üzrə vitse-prezident Amy Coleman əməkdaşlara göndərdiyi məktubda qeyd edib ki, bu addım şirkətin uzunmüddətli yenidən strukturlaşma planının bir hissəsidir.

Microsoft işdən çıxarmaları minimuma endirmək üçün alternativ həllər də tətbiq etdiyini vurğulayıb. Şirkətin məlumatına görə, son bir ildə 4 mindən çox əməkdaş prioritet hesab olunan sahələrdə yeni vəzifələrə keçirilib. Onlardan 500-ü yalnız bu ay ərzində fərqli vəzifələrə təyin olunub.

Şirkət qərarın birbaşa süni intellektlə bağlı olmadığını xüsusi qeyd edib. Bununla belə, süni intellektin iş proseslərini sürətlə dəyişdirdiyi, bəzi tapşırıqların avtomatlaşdırıldığı və əməkdaşların yeni bacarıqlar qazanmasının vacib olduğu bildirilib.

Microsoft rəhbərliyi texnologiya sektorunda baş verən sürətli dəyişikliklərin həm müştəri gözləntilərini, həm də biznes modellərini yenidən formalaşdırdığını vurğulayaraq, yenidən strukturlaşma prosesinin davam edəcəyini və gələcəkdə digər fəaliyyət sahələrində də oxşar təşkilati dəyişikliklərin mümkün olduğunu açıqlayıb.

Qızıl bazarında diqqət FED-in qərarlarına yönəlib

Qlobal maliyyə bazarlarında investorların diqqəti bu həftə Federal Reserve-in pul siyasəti ilə bağlı siqnallarına və qızıl qiymətlərinə yönəlib. Son yüksəlişdən sonra qızıl qiymətlərində yenidən geriləmə müşahidə olunur.

İnvestorlar xüsusilə Federal Açıq Bazar Komitəsinin iyunun 16–17-də keçirilmiş iclasının protokollarını izləyirlər. Sənəddə faiz siyasəti, inflyasiya və iqtisadi artımla bağlı veriləcək mesajların qızılın yaxınmüddətli istiqamətinə təsir edəcəyi gözlənilir.

Yüksək faiz dərəcələri faiz gəliri olmayan qızıl üzərində təzyiq yaradır. Əksinə, faiz artımı ehtimalının zəifləməsi və ya daha yumşaq siqnallar qızıla tələbi dəstəkləyir.

ABŞ-də zəif məşğulluq göstəricilərinin açıqlanması və geosiyasi gərginliyin azalması qızılın qısa müddətə bahalaşmasına səbəb olsa da, investorların mənfəət götürməsi və FED protokolları öncəsi ehtiyatlı davranması nəticəsində qiymətlər yenidən geri çəkilib.

Bazar iştirakçıları hesab edirlər ki, yaxın günlərdə qızıl bazarında əsas istiqaməti FED-in faiz siyasəti ilə bağlı verəcəyi siqnallar müəyyən edəcək. Burada əsas diqqət inflyasiya, iqtisadi artım və gələcək faiz qərarlarına yönələcək.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version