2004/05 mövsümü üçün “Panini” jurnalında yer alan argentinalı futbolçu Lionel Messinin təsvir olunduğu ticarət kartı “FanaticsCollect” onlayn hərracında 1,5 milyon dollara alıcı tapıb.
Gundelik.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qeyd olunur ki, bu, indiyədək futbol kartı üçün ödənilən ən yüksək məbləğdir. Əvvəlki rekord 2022-ci ildə braziliyalı əfsanə Peleyə aid kart üçün ödənilən 1,33 milyon dollar idi.
Hazırda 38 yaşında olan Lionel Messi səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, “Barselona”, “Paris Saint-Germain” və “İnter Mayami” klubları ilə yanaşı, Argentina millisinin heyətində də Dünya Kuboku, Amerika Kuboku, Olimpiya Oyunları və çoxsaylı klub titullarını qazanıb.
Gundelik.az

