Azərbaycanın şanlı zəfərindən – o möhtəşəm, qəlbimizi qürurla, milli duyğularla dolduran gündən sonra çox istədik ki, bu qələbənin şərəfinə açılmış “Zəfər parkı” adını alan Hərbi Qənimətlər Parkında olaq. Bir gün istəyimiz çin oldu və bu parka daxil olmaq qürurunu yaşadıq. Qeyd edim ki, Hərbi Qənimətlər Parkının yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bağlıdır. Burada nümayiş etdirilən çoxsaylı döyüş ləvazimatları bir az əvvəl – 2021-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında nümayiş etdirilmişdi.
Əvvəla, onu qeyd edim ki, bu park başqa parklara bənzəmir: burada dikilən ağacların, gözəl güllərin, rahat oturacaqların və s. yerinə bir müharibənin dəhşətlərini xatırladan döyüş ləvazimatları və texnikaları yerləşir. O şeylər ki, düşmən bağrını çatladır: 44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu, qəhrəman Silahlı Qüvvələrinin ağır məğlubiyyətə uğratdığı düşməndən əldə edilən qənimətlər məhz burada nümayiş etdirilir… düşmənin ağır, sarsıdıcı məğlubiyyətdən sonra qoyub qaçdığı ağır texnikalar, atıcı silahlar, hərbi nəqliyyatlar, raket kompleksləri və digər sursatlar. Parkın girişindən daxil olarkən adamı üzərində iri hərflərlə “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı olan lövhə qarşılayır. Bu o lövhədir ki, düşmənin darmadağın olunarkən qoyub qaçdığı hərbi texnikaların yüzlərlə nömrələrindən düzəldilib. Qaçhaqaça düşmüş düşmənin ağır məğlubiyyətini, mənim ölkəmin, Vətənimin şanlı Zəfər diqtəsini əks etdirir. Bu həmin şüardır ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya klubunun XVI beynəlxalq toplantısında iştirak edən zaman bütün dünya ictimaiyyətinə və Azərbaycanın torpaqlarını işğal edərək 30 il əsarətdə saxlayan Ermənistan Baş nazirinə “Qarabağ Azərbaycandır və nida işarəsi”, – deyə qətiyyətli çağırışını səsləndirmişdi. Hətta həmin toplantıda Ermənistan Baş naziri Nikol Paşinyan özü öncə “Qarabağ Azərbaycandır və nöqtə” demiş, sonra “Qarabağ Ermənistandır və nöqtə” deyərək Ermənistanın işğalçılıq siyasətini təzahür etdirmişdi. Məhz bu ifadənin qarşılığında Azərbaycan Prezidentinin məşhur diplomatik-siyasi və Azərbaycan xalqının yekdil rəyi olan “Qarabağ Azərbaycandır!” qətiyyətli mesajı səslənmişdi. Bu baxımdan Hərbi Qənimətlər Parkındakı 2000- dən çox hərbi nəqliyyat vasitəsinin nömrə nişanlarından düzəldilmiş “QARABAĞ AZƏRBAYCANDIR!” lövhəsi Ali Baş Komandanımız İlham Əlieyevin həmin parkın açılışında səsləndirdiyi kimi, “ERMƏNİ FƏRARİLİYİNİN TƏZAHÜRÜDÜR”. “Bu nömrələr hərbi yük maşınlarının nömrələridir. …Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək, biz o nömrələri nümayiş etdirəcəyik. …Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir”. “QARABAĞ AZƏRBAYCANDIR!”, əvvəla, bir cümlədir, sintaktik tərkibdir. Bir sintaktik vahid olaraq bu cümlə özündə əmr, hökm, qətiyyətli tələb və nida ifadə edir. Amma sadəcə cümlə də deyil…
“Qarabağ Azərbaycandır!” sintaktik vahidi həm də və ən əsası diplomatik bir dilin təzahürü, qadir bir qüdrətin təntənəsidir. Habelə Azərbaycan xalqının sözçüsü və təmsilçisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm torpaqlarımızı işğal edərək bölgədə müharibə ritorikası yaradan Ermənistan tərəfinə və ümumən beynəlxalq ictimaiyyətə səsləndirdiyi son, yekun xəbərdarlıq və çağırışı idi. Bu səsləniş artıq 30 ildən artıq işğala və dünyanın ədalətsizliklərinə qətiyyətli bir etiraz və öz haqqını tələb səslənişi idi. Bu o tələb və xəbərdarlıq idi ki, sərxoş Ermənistan Prezidenti 2020-ci ilin sentyabrında yenidən öz silahlı quldur dəstələri ilə Azərbaycanın Tovuz rayonu ərazisində sərhədlərini pozmuş və genişmiqyaslı hərbi əməliyyatlar keçirməklə yeni torpaqlar əldə etmək kimi sərsəm bir fikrə düşmüşdü. Bunun qarşılığında da “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin sahibi, müdrik və uzaqgörən rəhbər, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks- həmlə əməliyyatına başlamışdı. Bu əməliyyat Azərbaycanın şərəfli hərb tarixinə “Dəmir yumruq”, müharibə isə “Vətən müharibəsi” olaraq düşdü. 44 günlük Vətən müharibəsində Azərbaycanın Silahlı Qüvvələri ən müasir döyüş texnikaları ilə döyüşərək qeyri-adi peşəkarlıq və döyüş nümayiş etdirmiş, dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan və bir nümunəyə çevrilən nadir döyüş məharəti sərgiləmişdi.
Onu da deyək ki, 44 günlük Vətən müharibəsi dövründə təkcə silahlar danışmadı, həm də dillər danışdı: müxtəlif məsələlər ətrafında danışan dillər də özünün diplomatik məharətini, siyasi ustalığı və uzaqgörənliyini, bilik dairəsini və sözünün sanbalını, bir sözlə öz gücünü nümayiş etdirdi. Nəinki Azərbaycan xalqı, bütün dünya ictimaiyyəti bu dönəmdə Azərbaycan Prezidentinin dilində danışan diplomatik məharətin, siyasi məntiqin, ifadə ustalığının, hazırcavablığın və hərtərəfli, geniş dünyagörüşünün qətiyyətli çıxışının şahidi oldu. Ali Baş Komandan İlham Əliyevin nitq mükəmməlliyi heç bir müqayisəyə gəlmədiyi üçün biz də müqayisə etmirik! Amma bir daha ölkəmizin lideri hətta qərəzli suallara, bəzi hədsiz media nümayəndələrinin mühakimə xarakterli fikirlərinə səbrlə, qətiyyətlə, mükəmməl cavablar verməklə bu sahədə də öz qələbəsini nümayiş etdirdi. Azərbaycan Prezidentinin dilində məhz Azərbaycan xalqının gücü, qüvvəti danışırdı. Aydın, həm də dəqiq, düzgün ifadələr Cənab Ali Baş Komandanın dilindən sərrast bir güllə kimi çıxaraq xainlərin qəlbini deşirdi. Müzəffər Ali Baş Komandanın nitqi sarsılmaz bir gücün, əyilməz bir qətiyyətin, mətanətli mübarizənin təntənəsi kimi çıxış etdi! Beləliklə də, Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatik, siyasi mübarizə sahəsində də qətiyyətli “müharibə” apararaq öz qələbəsini təntənə ilə təzahür etdirdi. Qətiyyətli və müdrik sərkərdəmiz İlham Əliyev həm də konkret olaraq bütün dünya ölkələri və ictimaiyyətinə göstərdi ki: SÖZÜMÜZ İMZAMIZDIR!
Hərbi Qənimətlər Parkında “Qarabağ Azərbaycandır!” lövhəsinin arxasında lövhədəki diplomatik gücü, qüdrəti və qətiyyəti reallaşdıran Azərbaycanın əsl hərbi qüdrətinin nəticələri dayanır. Burada işğalçı, mənfur Ermənistanın 30 il ərzində işğal etdiyi ərazilərimizdə daşı daş üstə qoymayıb torpağın üstünü təbii mövcudluqdan məhrim edən barbar əməllərinin nəticəsi və öz işağlçı niyyətlərini möhkəmləndirmək üçün qurduqları on mərhələlik aşılmaz sədlər, quş quşluğu ilə uça bilməyəcək baryerlərin təsviri yer alıb. Bu ağır, dəhşətli baryerlərin kiçldilmiş modeli həmən lövhənin ardında sərgilənib. Bu baryerlərə tamaşa elədikcə içini almış dəhşətlə düşünürsən: İlahi, bu dərəcədə xain, şeytan bir məxluq olarmı ki, bu şeytan əməlini yaradıb?
Bir-birindən çətin, daha aşılmaz, öldürücü sədləri necə keçmək olardı ki?! Ardınca da qürurlanırsan ki, İlahi, gör Azərbaycan Ordusunun güc-qüvvətini, döyüş məharəti və əzmini ki, düşmənin bütün hiyləsinin yerləşdiyi bu baryerlərdən necə məharətlə keçməyə nail olub! İlahi, bu xain sədləri keçən əsgərlərimiz
mələkmi olub, qanadmı taxıblar?! Orada Azərbaycan əsgəri necə döyüşüb, hansı qəhrəmanlığı, rəşadəti göstərib, adamın ağlı almır. Amma içini dolduran bir qürur hissi, məğrurluq duyğuları var ki, məhz bu görünməmiş şücaəti, qəhrəmanlığı və məharəti məhz Azərbaycan Ordusu, Azərbaycan əsgəri göstərməyə nail olub, aşılmazları aşıb, keçilməzləri keçib, alınmaz sanılanları alıb! Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək. Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər”.
Keçilməz sədlərin yerləşiminin ardınca isə 44 günlük Vətən müharibəsində göstərilən misligörülməz qəhrəmanlıq və rəşadətli döyüşlərin nəticəsi – dabanına tüpürüb qaçhaqaça düşmüş düşmənin geridə qalan döyüş ləvazimatları, ağır artilleriya, döyüş maşınları və müxtəlif silah və sursatları sərgilənmişdir. Bu qeyi- adi parkda həm də düşmənin hirsi və hiyləsinə qarşı göstərilmiş ağıl və şücaətlə bərabər bir ironik gülüş də təzahür tapır: “NOLDU PAŞİNYAN?!”. Vaxtilə Ermənistan Baş naziri böyük iddia ilə səsləndirmişdi ki, onun döyüş maşınları Bakıya girəcəklər və “girdilər də”: darmadağın olunmuş, əsir-girov götürülmüş,
sahibinə utanc yaşadan şəkildə məhz Hərbi Qənimətlər Parkında ağır bir məğlubiyyəti, təslimçiliyi
sərgiləmək üçün daxil oldular.
Bütün qeyri-adiliyi ilə Azərbaycanın Hərbi Qənimətlər Parkı düşmənin təslimolma utancını sərgiləyir. Azərbaycan Ordusunun malik olduğu döyüş imkanları və müasir, mükəmməl döyüş qabiliyyətini nümayiş etdirir. Azərbaycan Ordusu Ermənistanın haqqında saxta mif yaratdığı Silahlı Qüvvələrini cəmi 44 günə darmadağın elədi. Cəmi 44 günə ən ağır itkilərlə təslim olmağa məcbur olan düşmənə elə bir tarixi dərs verildi ki, onlar bir də çətin bu torpaqlara sarı baxa bilələr. Çünki bu məğlubiyyətdə ermənilərin və onların havadarlarının bütün paxırı, hiyləsi, ləyaqətsizliyi və alçaqca davranışları ortaya çıxdı. Döyüş meydanını atıb qaçan Ermənistan Ordusu Azərbaycanın sivil şəhərlərini, mülki vətəndaşlarını hədəfə almaqla terrorçu bir ölkə olduqlarını bir daha utanmazca nümayiş etdirdilər.
İndi Bakı şəhərində, dövlətimizin paytaxtında yerləşən Hərbi Qənimətlər Parkı digər parklardan daha çox ziyarət olunur. Azərbaycan vətəndaşları burada daha yaxşı istirahət edirlər. Çünki burada yüz illərcə xalqımıza xəyanət edib ona havadarları ilə birgə ən xain şəkildə saldıran, yerindən-yurdundan didərgin salan, uşağa, qadına, qocaya divan tutan, Xocalı soyqırımını törədən, vəhşiliyi və xainliyi ilə hırıldayıb qürur duyan mənfur bir xalqın apaçıq məğlubiyyəti sərgilənir. Çünki burada illərcə dünyanın ikiüzlü siyasətinin qurbanına çevrilmiş, fəlakətlər, bəlalar yaşamış Azərbaycan xalqının milli qüruru, yenilməyən məğrurluğu, dik duran vüqarı, düşməni məğlub edən qüdrəti əzəmətlə görünür. Çünki burada düşmənlərinə başından ağır, sarsıdıczərbə vuran “Dəmir yumruğ”un – xalq, ordu və lider birliyinin, qardaşlığın və dostluğun gücü görünür. Çünki məhz bu yerdə məğlub olmuş düşmənin məhv edilmiş xain niyyətlərinə qarşı davamlı olaraq döyüşmüş, var olmuş bir uzaqgörən, müdrik siyasət, düzgün qərarlar, təqdiredici idarəçilik və dünyanı öz siyasətinə inandıraraq əldə olunan sarsılmaz əməkdaşlıq görünür! Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkının açılışında dediyi kimi: “Buraya gələn hər bir insan – Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur, onlara verilən cavab. QARABAĞ AZƏRBAYCANDIR!”
Ramiz QASIMOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru

Gundelik.az