Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin mart ayı ərzində 75 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Bu barədə Gundelik.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

