İqtisadiyyatçı ekspert Samir Heydərov manatın uzunmüddətli dövrdə sabitliyinin təmin olunması üçün atılmalı əsas addımları açıqlayıb. Ekspertə görə, milli valyutanın davamlılığı təkcə neft gəlirlərindən deyil, qeyri-neft ixracının gücləndirilməsindən, idxaldan asılılığın azaldılmasından, fiskal intizamın artırılmasından və Mərkəzi Bankın müstəqil, şəffaf qərarvermə mexanizmlərindən asılıdır. Heydərov həmçinin vurğulayır ki, güclü bank sektoru, makroprudensial siyasət və strateji valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması manat üçün əsas təminat rolunu oynayır.
Sözlərinə “Manatın kursu uzunmüddətli dövrdə yalnız sabit neft gəlirləri ilə deyil, tədiyyə balansında balanslaşdrılmış cari hesab ilə qoruna bilər. Burda vacib addımlara ilk növbədə qeyri neft ixracının həcminin artrılmasını və iqtisadiyyatın rəqabət qabiliyyətinin artrılmasını aid edə bilərik” fikri ilə başlayan Samir Heydərov aşağıdakı yanaşma ilə məsələyə aydınlıq gətirib:
İdxaldan asılılığın azaldılması kapital ixracının həcmini azaldaraq turizm və logistika kimi ölkəyə valyuta gətirən xidmət sektorlarının həcmini genişləndirmək vacibdir.
İkinci olaraq məzənnə sabitliyi üçün dövlət xərclərinin neft qiymətlərindən asılılığını azaltmaq həlledicidir. Orta müddətli büdcə qaydalarının gücləndrilməsi, dövlət investisiya layihələrinin prioritetləşdrilməsi və dövlət borcunun idarə edilməsində risklərin azaldılması vacibdir.
Digər tərəfdən dayanıqlı məzənnə üçün Mərəkəzi Bankın qərarlarında siyasi təsirlərin minimallaşdrılması və inflyasiya hədəflənməsi çərçivəsinin daha şəffaf və səmərəli tətbiqi vacibdir. Eyni zamanda maliyyə sabitliyi üçün makroprudensial alətlərin inkşafı vacibdir. Digər tərəfdən Strateji valyuta ehtiyatlarının gücləndrilməsi vacibdir. Azərbaycan bu sahədə güclüdür. Azərbaycanın Strateji valyuta ehtiyatları 2025 ci ildə neftin dünya bazarında qiymətinin düşməsinə baxmayaraq artmışdır. Strateji valyuta ehtiyatlarımız 17 % artaraq 80 milyardan çox olmuşdur. Burda Strateji valyuta ehtiyatlarının ÜDM də nisbətinin yüksək səviyyədə olması, idxalın ən azı 30 ayını qarşılaya bilməsi təmin edilməlidir.
Neftin qiymət dəyişkənliyi manat üçün ən ciddi riskdir. Bu baxımdan neft gəlirlərinin büdcəyə transferlərinin tədricən azaldılması həyata keçirilir. ARDNF dən dövlət büdcəsinə transfert 2026 cı il üçün təxminən 12,75 milyard manat planlaşdrılıb bu 2025 -ə nəzərən 12% lik azalmadır.
Növbəti illər üçün də azalma trendləri proqnozlaşdrılır. Bank sektorunun güclü olması vacib şərtdir, çünki zəif bank sektoru manat üzərində təzyiq yaradır. Problemli kreditlərin minimuma endrilməsi, banklarda kapitallaşmanın artrılması, xarici valyutada kreditlərin payının azaldılması vacib şərtdir. Birbaşa xarici investisiyalar (FDİ)məzənnənin sabitliyi üçün uzunmüddətli “ankor” rolunu oynayır.
Burda hüquqi mühitin proqnozlaşdrıla bilməsi,məhkəmə sisteminin effektivliyi,sahibkarlıq mühitində rəqabət və şəffaflıq vacib amillərdən sayıla bilər. Uzun müddətli dövrdə milli valyutanın real sabitliyi üçün yüksək məhsuldarlıq, innovasiv, texnoloji tərəqqi, yüksək əlavə dəyərli istehsal əsasında iqtisadiyyat inkşaf etdrilməlidir. Manatın uzunmüddətli sabitliyi yalnız Mərkəzi Bankın müdaxiləsi ilə deyil, bütün makroiqtisadi sistemin balanslı inkşafı ilə mümkündür. Əsas prioritetlər diversifikasiya, fiskal intizam, institusional müstəqillik, güclü valyuta ehtiyatları və rəqabətli iqtisadiyyatdır.
Gundelik.az

