Bu ilin aprelin 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,36 bənd təşkil edib.
Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici cari ilin martın 1-i ilə müqayisədə 0,13 bənd və ya 4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,02 bənd və ya 0,6% azdır.
Belə ki, bu ilin martın 1-nə manatın dövretmə sürəti 3,23 bənd, ötən ilin aprelin 1-nə isə 3,38 bənd təşkil etmişdi.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Gundelik.az

