Azərbaycan Mərkəzi Bankı (AMB) kibertəhlükəsizlik sahəsində növbəti satınalma həyata keçirib.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, Mərkəzi Bank XSOAR təhdid kəşfiyyatının idarə edilməsi sistemi, həmçinin virus və digər kibertəhdidlərə qarşı aşkarlama və reaksiya sistemi (XDR) üzrə dəstəklənmə xidmətini satın alıb.
Məlumata əsasən, sözügedən xidmətlərin göstərilməsi SMARTIT Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Bununla bağlı tərəflər arasında müvafiq satınalma müqaviləsi bağlanıb.
Müqavilənin dəyəri 625 min 614 manat təşkil edir. Bu məbləğ müqaviləyə əsasən şirkətə ödənilib.
Qeyd edək ki, XSOAR sistemi kibertəhlükəsizlik insidentlərinin idarə olunmasını avtomatlaşdırmağa və təhlükələrə operativ reaksiya verməyə imkan yaradır. XDR sistemi isə kompüterlərdə, serverlərdə, şəbəkələrdə və digər informasiya resurslarında yarana biləcək təhlükələri aşkarlayaraq onların qarşısının alınmasına xidmət edir.

